Xüsusi (daxili) volatillik

Implied volatility Səhmin qiymətində nəzərdə tutulmuş valetlilik. Bu bazarın verilmiş məlum səhm qiymətinin nə qədər dəyişəcəyini göstərən ölçü vahididir. Bu gözlənilən dəyişikliyin istiqamətini deyil ölçüsünü göstərir. Valetlilik illik faiz kimi ifadə olunur.
Xüsusi Borc Alma Hüququ (SDR)
Xüsusi ehtiyatlar fondu
OBASTAN VİKİ
Volatillik
Volatillik (ing. volatility — "dəyişkənlik") — bir şeyin qiymətinin dəyişkənliyini xarakterizə edən statistik maliyyə göstəricisi. Dəyişkənlik maliyyə risklərinin idarə edilməsində ən vacib maliyyə göstəricisi və konsepsiyasıdır ki, burada müəyyən bir müddət ərzində maliyyə alətindən istifadə riskinin ölçüsünü təmsil edir. Dəyişkənliyi hesablamaq üçün seçmə standart kənarlaşmanın statistik göstəricisindən istifadə olunur ki, bu da investorlara maliyyə alətinin alınması riskini müəyyən etməyə imkan verir. Ən ümumi hesablama orta illik dəyişkənlikdir. Dəyişkənlik mütləq (məsələn: 100 rubl ± 5 rubl) və ya ilkin dəyərə (məsələn: 100% ± 5%) nisbətdə ifadə edilir. Üç növ dəyişkənlik var: Tarixi dəyişkənlik (ing. historical volatility) — maliyyə alətinin dəyəri haqqında tarixi məlumatlar əsasında hesablanmış, müəyyən bir müddət ərzində gəlirinin standart sapmasına bərabər olan dəyərdir. Gözlənilən dəyişkənlik (ing. implied volatility) — maliyyə alətinin bazar dəyərinin gözlənilən riskləri əks etdirdiyini fərz etməklə, maliyyə alətinin cari dəyəri əsasında hesablanan dəyişkənlikdir.
Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri
Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi əməliyyatların keçirilməsi və təşkili üçün nəzərdə tutulmuş struktur bölmələri. == Tarixi == === İkinci Qarabağ müharibəsində === 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri digər xüsusi təyinatlılarla birlikdə Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran ən mürəkkəb tapşırıqları yerinə yetirmişdir. Müharibənin ilk saatlarında "Pələng" və "Şahin" dəstələri Murovdağ istiqamətində, o cümlədən Murov zirvəsi istiqamətində strateji mövqelər tutmaqda fərqlənmişdilər. Murovdağ yaxınlığında gedən döyüşlərdə bu dəstələrin 7 hərbçisi şəhid olmuşdur. Müharibənin sonrakı günlərində həm Cəbrayıl, həm də Füzuli istiqamətində gedən döyüşlərdə "Bəbir", "Əqrəb" və "Kobra" xüsusi təyinatlıları dəstələri iştirak etmişdir. Həmçinin, "Gürzə" dəstəsi Füzuli, "Pələng" dəstəsi isə Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Cəbrayıl şəhəri uğrunda gedən döyüşlərdə Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələrindən 13 hərbçi, o cümlədən "Əqrəb" xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı dəstəsinin komandiri Türkay Hüseynli şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Cəbrayıl şəhərinin nəzarətə götürülməsi əməliyyatının rəhbərlərindən biri, "Əqrəb" dəstəsinin komandiri, mayor Ələsgər Muxtarov "Qarabağ" ordeni ilə təltif edilmişdir. . Daxili Qoşunların Füzuli rayonu istiqamətində "Bəbir", "Əqrəb", "Gürzə" və "Kobra" dəstələri qarşıya qoyulan tapşırıqları tam yerinə yetirmişdilər. Döyüşlərdə 13 hərbçi, o cümlədən "Bəbir" xüsusi təyinatlı dəstəsinin komandiri, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş mayor Şixamir Qaflanov şəhid olmuşdur.
Daxili Kartli
Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb hissəsini təşkil edir. İnzibati mərkəzi Qori şəhəridir. İç Kartli ərazisinin təxminən 20%-i hal-hazırda Cənubi Osetiya respublikasının nəzarəti altındadır. == İnzibati bölgüsü == Daxili Kartli rəsmi olaraq beş bələdiyyədən ibarətdir: Cava bələdiyyəsi, hal-hazırda tamamilə işğal altındadır Xaşuri bələdiyyəsi Kareli bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Znauri rayonunu da əhatə edir), qismən işğal altındadır Kaspi bələdiyyəsi Qori bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunu da əhatə edir), qismən işğal altındadır == Coğrafiyası == Şimalda dağlıq, cənubda isə düzənlik ərazilərdən ibarət olan İç Kartli keçmişdə Zena-Sopeli adıyla da tanınırdı. Düzənliklər, yaylaq və qışlaqların bolluğu, on bir iri çayın (o cümlədən Kür və Araqvinin) buradan axması İç Kartlidə tarixboyu maldarlıq və əkinçilik üçün əla şərait yaratmışdır. Böyük əhəmiyyəti olan tarixi Araqvi ticarət yolu da məhz bu bölgədən keçirdi. == Tarixi == Gürcüstan çarlığının monqol basqınına məruz qalmasından sonra İç Kartli şərqi gürcü Kartli çarlığının tərkibində qalmışdır. XIV–XVI əsrlərdə feodal təfriqə nəticəsində müxtəlif sərkərdə dəstələri tərəfindən idarə edilən vahidlərə (eristavlıqlara) bölünmüşdür, lakin sonralar yenidən Kartlinin tərkibinə qayıtmışdır.
Daxili Monqolustan
Daxili Monqolustan Muxtar Rayonu (çin. sadə. 内蒙古自治区, pinyin: Nèiménggǔ Zìzhìqū) — Çin Xalq Respublikasında muxtar rayon. Ərazisi 1 milyon 183 min km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 24.706.291 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 24.898.500 nəfər, inzibati mərkəzi Xux-Xoto şəhəridir.
Daxili Qoşunlar
Azərbaycan Daxili Qoşunları — Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur. Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar. Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
Daxili audit
Daxili audit — Təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.
Daxili birləşdirmə
Daxili birləşdirmə (ing. inner join, rus. внутреннее соединение, türk. iç birleştirme) – verilənlər bazasının idarə edilməsində: relyasiya cəbrinin tez-tez istifadə olunan deyimi. İki mövcud cədvələ tətbiq edilən daxili birləşdirmə üçüncü cədvəli yaradır ki, həmin cədvəl birinci cədvəlin yazılarının ikinci cədvəlin yazıları ilə bütün mümkün təyin olunmuş konkatenasiyalarından (birləşmələrindən) ibarət olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Daxili dənizlər
Daxili dənizlər — Quruya daxil olmuş, lakin okeanla boğazlarla əlaqədə olan dənizlərə daxili dənizlər deyilir. Daxili dənizlər materiklərin parçalanmış sahilləri boyu yerləşir. Ən böyük daxili dəniz Aralıq dənizidir. Daxili dənizlər əsasən Avrasiya və eyni zamanda Şimali Amerika sahillərində yerləşir. Bu sözügedən materiklərin sahillərinin daha çox parçalanmış olduğu üçün belədir. Daxili dənizlərə misal olaraq Qara dəniz, Aralıq dənizini,Ağ dənizi, Mərmərə, Egey, Qırmızı dəniz, Aral dənizi, Xəzər dənizini və s. göstərmək olar. Daxili dənizlər əsasən hərhansı ölkə sahillərində olduğu üçün bu ölkələr tərəfindən mənimsənilir. Daxili dənizlər liman nəqliyyatı, balıqçılıq və təbii sərvətlərin əldə edilməsi üçün faydalıdır.Daxili dəniz ümumiyyətlə duzlu olacaq, duzluluq şirin su gölündən daha yüksəkdir, lakin adətən dəniz suyundan daha az duzludur. Digər dənizlərdə olduğu kimi, daxili dənizlər də Ay və Günəşin orbitləri ilə idarə olunan gelgitlər yaşayır.
Daxili komanda
Daxili komanda( ing. internal command ~ ru. внутренняя команда ~ tr. iç komut) – əməliyyat sistemi ilə yanaşı yaddaşa yüklənən və kompüter yanılı olduğu müddətdə daim orada qalan prosedur. Adətən, belə prosedurlar əməliyyat sisteminin işi ilə bağlı məsələləri yerinə yetirir. Bunun alternativi olan xarici komandalar ayrıca fayllar kimi saxlanılan proqramlardır; onlar yalnız lazım olduqda yaddaşa yüklənir və istifadə olunur. MS-DOS əməliyyat sistemində daxili komandalara misal olaraq DIR, VER, DATE və TIME komandalarını göstərmək olar. MS-DOS’un daxili komandaları COMMAND.COM faylında saxlanılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili müşahidə
Daxili müşahidə və ya daxili baxış, psixologiyada bir stimul qarşısında insanın təcrübə etdiyi qavrayış, düşüncə və emosiyalarındakı müşahidə və nəticələrini ifadə edən bir üsuldur. Bu üsul: "Təcrübəni yaşayan insandan başqa heç kim müşahidə edə bilməz" fikrinə əsaslanır. Yəni, müşahidə edən və müşahidə olunan eyni insandır. Daxili müşahidə metodu psixologiya elmi ilə bərabər ortaya çıxan bir metod deyil. Bu metodun tarixi Sokrata qədər gedib çıxır. XIX əsrdə daxili müşahidə metodunu sistemləşdirən və onu psixologiyanın elmi metodu kimi ifadə edən ilk insan Vilhelm Vundt olmuşdur. Psixologiyada bu metoddan istifadə XIX əsrdə fizika və fiziologiya sahələrindəki inkişafdan qaynaqlanmışdır. İlk tədqiqatlar fizikada işıq və səsin, fiziologiyada isə hiss orqanlarının yoxlanılması üçün istifadə edilmişdir. Psixologiyadakı, strukturalist və humanist dünyagörüşünü qəbul edən tədqiqatçılar daxili müşahidə metodunu qəbul etmişlər. Biheviorizm yəni, davranışçılıq cərəyanının nümayəndələri isə daxili müşahidə motodunu elmi olmaması səbəbilə rədd etmişdir.
Daxili nəzarət
Daxili nəzarət — ümumi mənada müəssisənin idarəetmə orqanı və ya digər işçiləri tərəfindən aşağıdakı vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumat əldə etmək üçün həyata keçirilən proses kimi müəyyən edilir: Fəaliyyətin səmərəliliyi və rasionallığı. Maliyyə hesabatının etibarlılığı. Qanun və qaydalara uyğunluq. == Daxili nəzarət anlayışı == Mühasibat uçotunun əsas funksiyalarından biri maliyyə nəzarəti üçün zəmin yaratmaqla mülkiyyətçinin mənafeyinin müdafiəsini təmin etməkdən ibarət olan onun müdafiə funksiyasıdır. Bununla belə, qoruyucu funksiyanın həyata keçirilməsi nəzarəti həyata keçirmək üçün vasitələrin mövcudluğunu tələb edir. İlk növbədə, bu, daxili nəzarətdir. Daxili nəzarət dedikdə, müəssisə rəhbərliyi tərəfindən təşkil edilən və bütün işçilər tərəfindən təsərrüfat əməliyyatları zamanı öz xidməti vəzifələrini ən səmərəli şəkildə yerinə yetirmək məqsədi ilə müəssisədə həyata keçirilən tədbirlər sistemi başa düşülür. Bu, təkcə auditorun deyil, müəssisənin bütün idarəetmə aparatının işi olduqda, təşkilatın nəzarət və audit bölməsinin fəaliyyətini deyil, həm də hərtərəfli nəzarət sisteminin yaradılmasını nəzərdə tutur. Effektiv daxili nəzarət sistemini inkişaf etdirərkən müəssisə rəhbərliyi aşağıdakı məqsədləri qoyur: biznesi etibarlı məlumatlarla təmin etmək, aktivlərin təhlükəsizliyinin təmin edilməsi, informasiyanın mühafizəsinin təmin edilməsi, iqtisadi fəaliyyətin səmərəliliyinin təmin edilməsi, mühasibat uçotunun qəbul edilmiş uçot siyasətinə uyğunluğunu təmin etmək, maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi qaydalarına riayət olunmasının təmin edilməsi. Müəssisədə daxili nəzarət üç elementdən ibarətdir: nəzarət mühiti, mühasibat uçotu sistemi, nəzarət prosedurları.
Daxili planetlər
İç planetlər (ing. Inner planet) — yüksək sıxlığa və qaya səthə sahib olan Günəş sisteminin ilk dörd planetidir. Təbii peykləri ya çox azdır, ya da heç yoxdur. Bu planetlərin halqaları yoxdur. Daxili planetlər yüksək ərimə nöqtəsinə sahib olan elementlərdən formalaşmışdır. Silikatlar qatı yer qabığını və yarı qatı olan mantiyanı meydana gətirir. Dəmir və nikel kimi metallarsa planetlərin nüvəsini meydana gətirir. Daxili planetlərdən Venera, Yer və Marsın atmosferləri vardır. Daxili planetlərin hamısında göy cismlərinin toqquşması nəticəsində meydana gələn kraterlər, vulkanlar və vadilər kimi relyef formaları vardır. == Merkuri == Merkuri Günəşə ən yaxın və ən kiçik planetdir.
Daxili qulaq
Daxili qulaq (lat. auris interna) ya sümük labirint (lat. labzrinthis) gicgah sümüyünün daşlıq hissəsində, daxili qulaq keçəcəyi ilə orta qulaq arasında yerləşmişdir. Vəzifə etibarilə eşitmə və müvazinət üzvlərinin ən əhəmiyyətli hissəsidir. sümük və zarlı labirint hissələrə bölünür. Zarlı labirint sümük labirintin içərisində yerləşir, və forma cəhətcə bir-birilərinə müvafiqdirlər. Orta qulağın içəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır. Bunun mərkəzində bir hündürlük - lat. promontorium vardır.
Daxili siyasət
Daxili siyasət — dövlət siyasətinin ölkə sərhədləri daxilində olan bütün problem və fəaliyyətlərə (qanunlar, hökumət proqramları, inzibati qərarlar və s.) birbaşa aid olan hissəsi. Bu, hökumətin dünya siyasətində olan maraqlarını ifadə edən xarici siyasətdən fərqlidir. Daxili siyasət biznes, təhsil, enerji, səhiyyə, kənd təsərrüfatı, hüquq-mühafizə, maliyyə və vergilər, təbii ehtiyatlar, sosial təminat və şəxsi hüquq və azadlıqlar kimi geniş sahələri əhatə edir.
Daxili sxem
Daxili sxem (ing. internal schema ~ ru. внутренняя схема ~ tr. iç şema) – üçsxemli arxitekturanı dəstəkləyən verilənlər bazası modelində (məsələn, ANSI/X3/SPARC): verilənlər bazasını təşkil edən fiziki fayllar haqqında informasiya. Orada faylların adları və onların yerləşmə yerinin göstəricisi, erişmə üsulları, eləcə də verilənlərin faktiki və ya mümkün sapmaları olur. Verilənlər bazasının, adətən, bir daxili sxemi olur. Ancaq paylanmış verilənlər bazası hər bir verilənlər “anbarı” üçün ayrıca daxili sxemə malik ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili xəstəliklər
Daxili xəstəliklər (ing. Internal medicine; rus. Внутренние болезни ) — tibb elminin bir sahəsi olub daxili orqanların xəstəliklərinin müalicəsi və profilaktikası ilə məşğul olur. Daxili xəstəliklər bölməsi üst və alt tənəffüs yolu xəstəlikləri, hipertenziya, şəkərli diabet, tiroid xəstəlikləri, xolesterol və triqliserid yüksəklikləri, həzm sistemi xəstəlikləri (qastrit, xora, reflyüks və s.), qaraciyər və öd kisəsi xəstəlikləri, ağciyər xəstəlikləri (xroniki bronxit, emfizema, astma və s.), böyrək xəstəlikləri, anemiya və digər qan xəstəliklərinin müalicə və diaqnostikası, müxtəlif xərçəng xəstəliklərinin vaxtında diaqnostikası, revmatizmal xəstəliklər, əzələ və skelet sistemi xəstəliklərini əhatə edir.
Daxili çeşidləmə
Daxili çeşidləmə ( ing. internal sort ~ ru. внутренняя сортировка ~ tr. iç sıralama) – yalnız operativ yaddaşda yerinə yetirilən və müvəqqəti fayllar üçün maqnit disklərindən, yaxud başqa qurğulardan istifadə etməyən çeşidləmə proseduru. Daxili çeşidləmə alqoritmlərinin 7 növü vardır: qabarcıqlı çeşidləmə (BUBBLE SORT), artırmalı çeşidləmə (INSERTION SORT), sürətli çeşidləmə (QUICK SORT), qalaq çeşidləməsi (HEAP SORT), birləşdirməli çeşidləmə (MERGE SORT), mərtəbəli çeşidləmə (RADIX SORT), seçməli çeşidləmə (SELECTION SORT). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili şrift
Daxili şrift ( ing. internal font ~ ru. встроенный шрифт ~ tr. iç yazıtipi) – printerin özündə olan və onun daimi yaddaşında (READ-ONLY MEMORY, ROM) saxlanılan və buna görə də printeri söndürdükdə “itməyən” şrift. Printerlərin əksəriyyəti başqa yardımçı şriftlərlə də işləyə bildiklərindən, daxili şrift anlayışı yalnız verilmiş printer üçün həmişə “əlçatan” olan şriftlərə aid edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili qala
Sitadel və ya Daxili qala şəhərin möhkəmləndirilmiş olan əsas hissəsidir. İstehkamın kənar hissələri düşmən əlinə keçəndən sonra insanlar buraya sığınırdılar. Əvvəllər Əhmədek adı ilə də tanınmışdır. == Tərifi və adlandırılması == Redutlarla mühafizə olunan istehkamların ən müdafiə edilən və möhkəm hissəsi daxili qaladır. Bu cür tikililər bəzən həm də iqtisadi səbəblərə görə xarici divarların bir hissəsini təşkil edəcək formada tikilə bilirdilər. Düşmən digər müdafiə xətlərini keçdiyi halda son müdafiə xəttini təşkil etmək üçün tikilirdilər. Daxili qalanın müdafiə divarlarının hündürlüyü digər istehkamlardan daha hündür olması ilə seçilir. Qalalarda donjon ilə bərabər axırıncı sığınacaq yeri hesab edilirdilər. == İnkişaf etdirilmələri və istifadələri == Qədim dövrlərdə şəhərlərdəki ən güclü və etibarlı hissə hesab edilən daxili qala ələ keçirilmədiyi halda üsyan qəti olaraq müvəffəqiyyət qazanmış hesab edilmirdi. Bunun ən yaxşı nümunəsi isə Selevkilər imperiyasıdakı İudeyada yaşayan Makkabilərin üsyanıdır.
Xüsusi effekt
Xüsusi effektlər (jarqonda qısaca SPFX və ya SFX) normal vasitələrlə yaradılması mümkün olmayan və ya çox riskli olan, film, televiziya və əyləncə sahələrində geniş istifadə olunan hadisələri yaratmaq üçün geniş yayılmış bir yoldur. Böyük partlayışlar və kosmosa səyahəti təsvir edən çəkilişlərdə mütəmadi şəkildə istifadə olunur. Görülən işlər hamısı xəyal deyil, bəzi obyektlər yaradılır (məsələn: Ulduz müharibələri). Dəstək düzəldilir, üstünə bir çubuq qoyulur və üstünə qılınc hansı rəngdədirsə onun selofanı qoyulur. Tez-tez vizual effektlərlə qarışdırılır. Bununla birlikdə, xüsusi effektlər kompüter tərəfindən yaradılan şəkillərlə deyil, çəkilişlə edilir. Partlayan bir şey həqiqətən partladılır və ya bir model olsa da dağılan bina həqiqətən dağıdıllır. Halbuki vizual effektlərlə edilən partlayışlar sintetik hissəcik sistemləridir və dağıdılmış binalar da 3D modelləşdirilmiş obyektlərdir. Yaşayan xüsusi effektlər canlı izləyicilərin qarşısında istifadə olunan effektlərdir. Bunlar daha çox idman tədbirlərində, konsertlərdə və kütləvi şoularda istifadə olunur.
Xüsusi festbol
Xüsusi festbol (ing. Fastball Special) — super qəhrəman ədəbiyyatında məşhur döyüş hərəkəti. Hərəkətin icra qaydasına görə super güclü qəhrəman partnerini əlləri ilə hədəfə tullayır. Hərəkətin tarixi 1958-ci ilə uzanır. DC Comicsin nəşr etdiyi "Macəra komiksləri"nin 258-ci sayında Superoğlan Robini düşmənə doğru tullamışdır. Bu manevr Marvel Comics tərəfindən "Əsrarəngiz İks-adamlar" komiksinin 94-cü buraxılışında, Təhlükə otağı hekayəsində Kolossun Şimal porsuğunu fırlatması ilə məşhurlaşmışdır. Koloss bu hərəkəti adətən "Manevr 7" adlandırır. Daha sonra bu hərəkət hər iki super qəhrəmanın sevimli taktikasına çevrilmişdir. Marvel Comicsdən başqa komiks nəşriyyatları da komikslərində bu hərəkətə yer verirlər. 1992-ci ildə "İks-adamlar" cizgi serialının "Dayandırılmaz Caqqernaut" seriyasında bu hərəkətə istinad verilmişdi.
Xüsusi mülkiyyət
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Xüsusi törəmə
Xüsusi törəmə, çoxdəyişənli funksiyanın digər dəyişənləri sabit saxlanmaqla bir dəyişənə görə törəməsidir. f ( x , y , … ) {\displaystyle f(x,y,\dots )} funksiyasının x {\displaystyle x} dəyişəninə görə xüsusi törəməsi ∂ f ∂ x = lim h → 0 f ( x + h , y , . . . ) − f ( x , y , . . . ) h {\displaystyle {\frac {\partial f}{\partial x}}=\lim _{h\to 0}{\frac {f(x+h,y,...)-f(x,y,...)}{h}}} kimi təyin olunur. f {\displaystyle f} -in x {\displaystyle x} -a görə xüsusi törəməsi f x ′ , f x , ∂ x f , D x f , D 1 f , ya da ∂ ∂ x f {\displaystyle f'_{x},f_{x},\partial _{x}f,\ D_{x}f,D_{1}f,{\text{ ya da }}{\frac {\partial }{\partial x}}f} kimi də ifadə oluna bilər. Bəzi hallarda, təyin olunmuş z = f ( x , y , … ) {\displaystyle z=f(x,y,\ldots )} funksiyası üçün z {\displaystyle z} -in x {\displaystyle x} -a görə xüsusi törəməsi ∂ z ∂ x {\displaystyle {\tfrac {\partial z}{\partial x}}} kimi ifadə edilir.
Xüsusi təyinatlılar
Xüsusi təyinatlılar və ya xüsusi əməliyyat qüvvələri — düşmənin təhlükəsizlik qüvvələri və silahlı birləşmələrinə qarşı kəşfiyyat əməliyyatları, nəzarət, düşmən qoşunlarının vəziyyəti, düşmən qoşunlarının sayı kimi xüsusi taktiki bacarıqlar tələb edən vəzifələri yerinə yetirirlər; çox yönlü və çevik silahlı birləşmələrdirlər. Daha güclü və daha dəqiq bir nəticə üçün nizamsız (qeyri-nizami) şəkildə qurulmuşdurlar. Nizamsız müharibə (qeyri-nizami müharibə) bacarığını və partizan taktikasını çox yaxşı bilən və tətbiq edən bölmələrdir. Qüvvələr müstəqil olaraq asimmetrik və qarışıq bir əməliyyat planı çərçivəsində hərəkət edirlər. İlk qeydə alınan xüsusi qüvvələr ingilislərin SAS və SBS qüvvələri idi. SAS və SBS Winston Churchillin “Düşmən xəttində və ya ərazilərində vəzifələrini yerinə yetirə bilən xüsusi hazırlanmış əsgərlər” əmri ilə qurulmuşdur. Bu gün tarazlıqların tənzimlənməsi ilə xüsusi təyinatlılar daha çox terrorla mübarizə əməliyyatlarına cəlb edilmişdirlər. Əfqanıstan müharibəsi zamanı Polşanın GROM, Almaniyanın “KSK” və Amerikanın Delta Force kimi xüsusi təyinatlı qüvvələri mühüm vəzifələri yerinə yetirmişdirlər.
Xüsusi münasibətlər
Xüsusi münasibətlər (ing. special relationship) — Böyük Britaniya və ABŞ, yaxud onların siyasi liderləri arasında siyasi, sosial, diplomatik, mədəni, iqtisadi, hüquqi, ekoloji, dini, hərbi və tarixi əlaqələri təsvir etmək üçün istifadə olunan termindir. Termin ilk dəfə 1946-cı ildə Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin çıxışında istifadə edildikdən sonra məşhurlaşmışdır. Hər iki ölkə XX və XXI əsrlərdə I Dünya müharibəsi, II Dünya müharibəsi, Koreya müharibəsi, Soyuq müharibə, Körfəz müharibəsi və terrora qarşı müharibə də daxil olmaqla bir çox münaqişələr zamanı yaxın müttəfiq olublar. Hər iki hökumətin bir çox digər dövlətlərlə də yaxın əlaqələri olmasına baxmayaraq, Böyük Britaniya və ABŞ arasında ticarət və kommersiya, hərbi planlaşdırma, hərbi əməliyyatların icrası, nüvə silahı texnologiyası və kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığın səviyyəsi böyük dünya gücləri arasında "analoqu olmayan" kimi təsvir edilmişdir. Marqaret Tetçer və Ronald Reyqan kimi Britaniya və Amerika hökumət başçıları, eləcə də Toni Bleyr, Bill Klinton və Corc Buş arasında sıx əlaqələr qeyd olunub. Diplomatik səviyyədə xüsusiyyətlərə münasibətlərin "xüsusi", tez-tez və yüksək profilli siyasi səfərlər və diplomatik iş səviyyəsində geniş məlumat mübadiləsi kimi təkrarlanan ictimai təmsilçilik daxildir. Bəzi tənqidçilər "xüsusi münasibətlər"in mövcudluğunu inkar edir və bunu mif adlandırırlar. 1956-cı il Süveyş böhranı zamanı ABŞ prezidenti D. Eyzenhauer İngiltərənin Misirə hücumu səbəbiylə funt sterlinqi müflis etməklə təhdid etmişdi. Tetçer 1983-cü ildə ABŞ-ın Qrenadaya hücumuna qarşı çıxmış və Reyqan əvvəlcə 1982-ci il Folklend müharibəsinə qarşı uğursuz təzyiq etmişdi .